0
+
https://viza-pb.az/haqqimizda/
Duty Free – lüksə daha yaxın!
Viza-PB – Duty Free, dünyanın aparıcı brendlərini bir araya gətirən, gömrük rüsumlarından azad alışveriş təcrübəsi təqdim edən müasir ticarət platformasıdır. Bizimlə siz tanınmış ətriyyat, kosmetika, spirtli içkilər, şokolad və qənnadı məhsulları, aksesuarlar, saatlar, elektronika və digər premium kateqoriyalardan seçim edə bilərsiniz.
03.04.2023-cü il tarixində dövlət qeydiyyatına alınan “Viza-PB” MMC, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərməyə başlamışdır. Şirkətin əsas məqsədi, Naxçıvanın Gömrük keçid məntəqələrində ölkə xaricinə səfər edən sərnişinlərə ticarət xidmətləri təqdim etməkdir. Bu istiqamətdə Culfa və Sədərək rayonlarındakı gömrük keçid postlarında Rüsumsuz Ticarət (Duty Free) mağazaları yaradılmış və hazırda həmin mağazalarda sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməkdədir.






Dünyaca məşhur “Heinemann Duty Free” şirkəti ilə VISA-PB arasında strateji tərəfdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində müştərilərimiz artıq beynəlxalq səviyyədə tanınan keyfiyyətli məhsul və xidmətlərdən daha rahat şəkildə faydalana biləcəklər. Səyahətinizi daha xüsusi və sərfəli etmək üçün Heinemann və VISA-PB bir aradadır.
Vergisiz qiymətlər – ƏDV və aksiz rüsumları tətbiq olunmur
Keyfiyyətli və orijinal məhsullar
Sərfəli qiymətə beynəlxalq brendlər
Əlavə endirim və kampaniyalar
Müştərilərimizə gömrük və vergi rüsumlarından azad məhsullar təklif edirik. Ən məşhur beynəlxalq brendləri Duty Free qiymətləri ilə əldə edin – həm keyfiyyətli, həm də sərfəli!
Dünyaca məşhur brendləri sərhədsiz alış-veriş imkanı ilə duty-free mağazamızda kəşf edin.
Duty Free mağazalarımızda yalnız səyahətçilər üçün nəzərdə tutulmuş, məhdud buraxılışlı və eksklüziv məhsullar mövcuddur. Bu da sizə fərqli və unikal seçim imkanı yaradır.
Azərbaycan, ingilis və rus dillərində xidmət göstərən peşəkar komandamız müştərilərimizin rahatlığını təmin etmək üçün hər zaman hazırdır.